https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
search
3 May 2024

Tokio-2020-də bürünc medal qazanan idmançımız Bakıya gəldi - Foto

Tokio-2020-də bürünc medal qazanan idmançımız Bakıya gəldi - Foto

Tokio-2020-nin cüdo yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvü İrina Kindzerska avqustun 1-də Bakıya qayıdıb.

525.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançımızı Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçunun yaxınları qarşılayıblar. İrina Kindzerskaya gül dəstələri təqdim olunub və onunla xatirə şəkilləri çəkdirilib.

Pandemiya ilə əlaqədar son ayların gərgin keçdiyini bildirən İrina Kindzerska Olimpiya Oyunlarında mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Tokio Olimpiadasının bürünc mükafatçısı deyib:

“Yaponiyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Yarımfinalda uduzduğum yaponiyalı atlet çox güclü cüdoçudur. Finalda da Kuba təmsilçisi Ortizə qalib gələrək olimpiya çempionu oldu. Buna baxmayaraq Azərbaycanın üçrəngli bayrağını Tokioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında cüdo üzrə yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – 9 idmançı ilə təmsil olunub. İrinanın bürünc medal qazandığı Olimpiadanı Kəramət Hüseynov, Orxan Səfərov, Rüstəm Orucov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və Aişə Qurbanlı medalsız başa vurub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.