https://525.az/img/pics/medium/2024-07/319052_81l9m8128v.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229551_tfuj0q6lad.jpg Söz var ki, daşdan keçir...
https://525.az/img/pics/medium/2024-07/318993_3a21d08l79.jpg Zəhmətkeş alim, nəcib insan
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Gənclik və hərəkətli yaşam tərzi: fiziki fəallıq həyati zərurətdir
search
3 İyul 2024
2 İyul 2024

Futbol millimiz irəlilədi

Futbol millimiz irəlilədi

FİFA bu gün milli komandaların sentyabr ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 324 xalla 107-ci pillədə qərarlaşıb. 

"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinə məxsusdu. Prineylilər 1 pillə irəliləyərək 1232 xalla 4-cü sıraya yüksəlib. Rusiya yığması isə 2 pillə geriləyərək 990 xalla 13-cü yerə yuvarlanıb.

İsrail isə (+7) 75-ci, Şimali İrlandiya (-29) 129-cu, Lüksemburq isə (4) 106-cı mövqedə qərarlaşıb.

Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionlarının aktivində 1617 xal var. Almaniya millisi 1437 xalla ikinci, İngiltərə yığması isə 1274 xalla üçüncüdür.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.