
Cənubi Koreya 6 ildə ilk dəfə olaraq Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda həqiqi sursatla təlim keçirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya ordusundan verilən açıqlamada, təlimin iki Koreyanı birləşdirən hərbsizləşdirilmiş zonaya yaxın olan Gyeonggi və Gangwon bölgələrindəki cəbhə xəttində keçirildiyi bildirilib.
Açıqlamada, 6 ildən sonra ilk dəfə keçirilən həqiqi sursat təlimində 140 güllə atıldığı vurğulanıb.
Təlimin hökumətin 2018-ci ildə imzalanmış və hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqaviləni dayandırmasından sonra quruda keçirilən ilk təlim olduğu və ordunun bundan sonra mütəmadi olaraq sərhəd bölgəsində təlimlər keçirəcəyi bildirilib.
Qeyd edək ki, iyunun 26-da Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları 7 ildən sonra ilk dəfə Şimali Koreya sərhədi yaxınlığındakı adalarda real döyüş sursatı ilə təlim keçirib.
Malik Atilay



