
525.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, dövlət başçısı xalqa etdiyi müraciətdə böyük qələbəmizi şərtləndirən amillərlə bağlı xalqa geniş məlumat verdi: “Dövlət başçısı bundan sonra Azərbaycan dövlətinin qalib dövlət, Azərbaycan xalqının qalib xalq kimi əbədi yaşayacağını bildirdi. Bu möhtəşəm qələbəni xalqımıza bəxş etmiş İlham Əliyevə və müzəffər əsgər və zabitlərimizə minnətdarlığımı ifadə etmək istəyirəm".
Sədr təklif edib ki, Birinci və İkinci Qarabağ müharibəsində, vətən və xalq yolunda canından keçmiş digər şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilsin.
Milli Məclisdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.



