
"Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir".
525.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, cəsəddən DNT analizi götürülüb: "Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir".
Baş Prokuror həmçinin qeyd edib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır.



