Prezident İlham Əliyev Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, sərəncama əsasən, Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Ağdaş Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.