Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasına rəsmi səfərə yola düşüb.
XİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, səfər zamanı Finlandiya prezidenti Sauli Niinisto, həmkarı Erkki Tuomioya və bir sıra digər şəxslərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.