"Sovet dövründə dissertasiyalara vahid, formal tələblər mövcud idi. Faktiki olaraq, ixtisas üzrə vahid standart yox idi. Aspiranturanı bitirənlərin hansı minimal tələblərə cavab verməsi aydın deyildi".
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, Aspiranturada təhsil demək olar ki, dissertasiya üzərində işlə məhdudlaşırdı. Bu gün "aspirantura" "doktorantura" ilə əvəz edilsə də, doktorantura müəyyən səviyyədə aspirantura sistemindən ciddi fərqlənmir.
Ədalət Muradovun sözlərinə görə, dissertasiya mövzuları sovet dönəmində ixtisaslar təsnifatına uyğun olmalı idi: "Bu tələb sahələrarası, müxtəlif elm sahələri və ixtisaslarının kəsişməsində olan problemlərə həsr edilmiş dissertasiyaların yazılması və müdafiəsində ciddi problem yaradırdı. Bu sahədə eyni vəziyyət davam edir".
SEVİNC