Cümə günü parlamentin plenar iclasında vergi qanunvericiliyinə dəyişikliklər paketi qəbul edilib.
Beləliklə, "Vergi Məcəlləsinə əlavə və dəyişikliklər haqqında" və "Dövlət ehtiyacları üçün torpaqların alınması haqqında" qanunlara dəyişikliklər də qəbul edilib.
Bundan əlavə, "Kənd təsərrüfatı mallarının istehsalçılarına müvəqqəti vergi güzəştlərinin verilməsi haqqında" və "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müvəqqəti vergi güzəştlərinin verilməsi haqqında" qanunlar ləğv edilib.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, qanunvericiliyə düzəlişlər istisnasız olaraq vahid şəklə salma xarakteri daşıyır: "Söhbət belə güzəştlərin ləğvindən getmir. Müzakirə olunan qanunlardakı bütün normalar Vergi Məcəlləsinə düzəlişlər paketində öz əksini tapıb və belə sənədlərə artıq ehtiyac yoxdur".
______________________________________
Azərbaycan parlamenti 2013-cü il dövlət büdcəsinin yerinə yetirilməsi haqqında qanun layihəsini qəbul edib.