Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.
525.az “Hürriyət”ə istinadən xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.
R.T.Ərdoğanın həmçinin NATO Baş katibi Yens Stoltenberq, Böyük Britaniyanın Baş naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.
Qeyd edək ki, NATO liderlərinin bugünkü sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. R.T.Ərdoğan və C.Bayden toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.