Türkiyə ordusunun hərbçisi İzmirdə həlak olub.
Bu barədə 525.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə aviasiya təlimi vaxtı baş verib. Belə ki, çavuş Mahmut Güleş odlu silahdan ehtiyatsız istifadə nəticəsində həlak olub.
Türkiyənin milli müdafiə naziri Hulusi Kılıc hərbçinin ölümü ilə bağlı onun ailəsinə başsağlığı verib.