Avropa İttifaqı (Aİ) Ukraynadan gələn qaçqınları üçün icma ölkələrinə 17 milyard avro ayırmağı planlaşdırır.
525.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Brüsseldə mətbuat konfransı zamanı açıqlayıb. O bildirib ki, ukraynadan gələn qaçqınların təcili olaraq köməyimizə ehtiyacı var.
Həmin vəsaitin 3,4 milyardı sürətləndirilmiş əsaslarla ayrılacaq.