Rusiyanın Ukraynaya hücumu nəticəsində ölən uşaqların yeni sayı açıqlanıb.
525.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə nəticəsində 139 uşaq ölüb, 205 uşaq isə yaralanıb.
Bombalanma nəticəsində 733 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 74-ü tam dağılıb.