|
|
|
|
Hindistan ordusu Odişa əyalətinin Balasore şəhərində orta mənzilli raketi sınaqdan keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatından verilən açıqlamada, orta mənzilli yer-hava raketinin yerli vaxtla saat 11:30 radələrində sınaqdan keçirilib. Açıqlamada raketin hədəfi uğurla vurduğu bildirilib. Hindistan martın 24-də nüvə qabiliyyətli, yerdən-yerə səsdən sürətli "BrahMos" qanadlı raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.
Qeyd edək ki, martın 9-da Hindistan Müdafiə Nazirliyi adi təmir zamanı texniki nasazlıq səbəbindən raketin təsadüfən buraxıldığını və onun Pakistanda qəzaya uğradığını təsdiqləyib. Pakistan məsələ ilə bağlı Hindistana etiraz etmişdi.
Məhəmməd Tağıyev