Ukraynada müharibə başlayandan martın 27-nə qədər 5 minə yaxın insan ölüb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə şəhərin meri Vadim Boyçenko verib.
Onun sözlərinə görə ölənlərdən 210-u uşaqdır.
Onun sözlərinə görə, şəhər 27 gündür mühasirədədir.
Çoxmərtəbəli yaşayış binalarından 2340-ı zədələnib ki, bu da ümumi binaların 90 faizi edir. Onlardan 40 faizi isə tamamilə dağılıb.
Onun sözlərinə görə, 7 xəstəxanadan 3-ü tamam dağılıb. Müharibədə 3 doğum evi, 7 universitet, 57 məktəb, 70 uşaq bağçası zərər görüb.
Həmçinin şəhərdə iki fabrik, liman və hərbi hissəyə ziyan dəyib.
“Hazırda 170 minə yaxın vətəndaş mühasirədədir, 30 min nəfər təxliyə edilib”, - deyə mer əlavə edib.