Ermənistanın xarici işlər naziri Aratat Mirzoyan bu gün Gürcüstana səfər edəcək.
525.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə yanaşı gürcü həmkarı David Zalkaliani ilə də görüşəcək.