Dubaydan Avstraliyaya uçan təyyarədə sərnişinlər ölümlə üz-üzə qalıb.
525.az Türkiyə mətbuatına istinadən xəbərə verir ki, “Emirates” aviaşirkətinə məxsus təyyarənin gövdəsində dəlik olmasına baxmayaraq o təcili eniş etməyib və təyinat yerinə çatmaq üçün 14 saat uçub. Səyahət boyu böyük çaxnaşma yaşayan sərnişinlər havada olarkən partlayış səsi eşitdiklərini bildiriblər. Sərnişinlər laynerin okean üzərindən keçdiyi zaman güclü partlayış eşitdiklərini bildiriblər. Lakin təyyarənin şəxsi heyəti səfəri davam etdirmək qərarına gəlib və təyyarə daha 14 saat havada qalıb və təyinat yerinə çatıb.
Əntiqə Kərimzadə