
Məşhur modernist rəssam Mark Şaqalın anadan olmasının 135-illiyi münasibətilə Bakıdakı Rus evində bakılı rəssam İnna Seleznyovanın fərdi sərgisi açılacaq.
525.az xəbər verir ki, İ. Seleznyova yubilyarın şərəfinə Mark Zaxaroviçin işlərinin reproduksiyalarından ibarət təqdimat hazırlayıb.
Tədbirin melodik-poetik atmosferdə keçəcəyi gözlənilir.
Arzu edənlər iyulun 14-də saat 19:30-da tədbirə gələ bilərlər. Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 77B, “Rus Evi”.



