Şri-Lanka prezidenti Qotabaya Rajapaksa Baş nazirə tutduğu vəzifədən istefa verəcəyini rəsmi şəkildə bildirib.
525.az "Ani News"a istinadən xəbər verir ki, bu barədə baş nazirlik aparatının media bölməsi bildirib. Məlumata görə, prezident Rajapaksa daha əvvəl elan edildiyi kimi istefa verəcəyini açıqlayıb. Parlamentin spikeri Mahinda Yapa iyulun 9-da verdiyi açıqlamada, ölkə rəhbərinin istefasının iyulun 13-də qəbul edildiyini bildirib.
Tarixinin ən ağır iqtisadi böhranının yaşandığı Şri-Lankada iyulun 9-da nümayişçilər baş nazirin iqamətgahına daxil olaraq binanı yandırıblar. Etirazçılar prezident Qotabaya Rajapaksanın rəsmi iqamətgahı və ofisinin yerləşdiyi kampusun ətrafındakı barikadaları da dağıdıblar. Etirazçılar kampusa daxil olduqdan sonra prezidentin təhlükəsiz yerə aparıldığı iddia edilirdi. Zorakılıqdan sonra Şri-Lanka hökuməti ümummilli komendant saatı elan edib və etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsə atəş açmaq əmri verilib.
Qeyd edək ki, ölkəyə yayılan etirazlarda aralarında hakim partiyanın millət vəkili və 2 polis əməkdaşı da daxil olmaqla 8 nəfər həyatını itirib, təxminən 250 nəfər isə yaralanıb.
Məhəmməd Tağıyev