
M.F.Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə görkəmli dramaturqun adını daşıyan Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Mirzə Fətəli Axundzadə - 210" adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə haqqında rəsmi sənəd, fotolar, böyük mütəfəkkirin müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan məqalələr nümayiş olunur.



