Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana rəsmi səfər edəcək.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısı Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə görüşəcək.
Görüş zamanı iki ölkə arasında ticarət həcminin artırılması, həmçinin terrorizm və qanunsuz miqrasiya ilə mübarizə mövzuları müzakirə ediləcək.