
Sentyabr ayı ərzində Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 10 min 435 müraciət daxil olub.
Mərkəzdən 525.az-a verilən xəbərə görə, müraciətlərdən 590-nı feysbuk, 457-si isə elektron poçt ünvanına daxil olub. Bununla yanaşı, 647 nəfər portal.edu.az saytı, 8 min 741 nəfər isə çağrı mərkəzi vasitəsilə müraciət edib.
Sevinc Qarayeva



