On dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə sentyabrın 27-dən başlanan daxili müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən 525.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 104 nəfər müraciət edib. Bu gün saat 11:00-a olan məlumata görə, 41 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə oktyabrın 17-də başa çatacaq.