“Uşaqların müdafiəsi ilə əlaqədar müxtəlif səpkidə və adda problemlərlə bağlı müraciətlər daxil olur”.
525.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, idarənin tabeliyində olan xüsusi hallarla bağlı komissiya fəaliyyət göstərir: "Həmin komissiyanın üzvləri yerlərdə baş verən halları araşdırmaq üçün dərhal göndərilir. Həmin məsələlər çeşidlənərək müəyyən istiqamətlərə yönləndirilir. Aidiyyəti təşkilatlarla əməkdaşlıq edərək uşaqların müdafiəsinə qalxıb maksimum dərəcədə çalışırıq ki, onları ailədə, məktəbdə, eləcə də cəmiyyətdə olan problemlərdən xilas edə bilək".
Sevinc Qarayeva