"Ötən tədris ilində Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən xüsusi hallarla bağlı komissiyaya daxil olan məlumatların 194-ü şagirdlərin xəsarət alması ilə bağlı olub".
525.az xəbər verir ki, bunu yurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
BŞTİ müdiri qeyd edib ki, şagirdlər arasında mübahisə halı ilə bağlı 126, şagirdin halının pisləşməsi 104, işçinin halının pisləşməsi 66, şagirdi maşın vurması 27, şagirdin nizam-intizam qaydasını pozması 24, şagirdin psixoloji durumu barədə 23, şagirdin dərsdən yayınması ilə bağlı isə 21 məlumat daxil olub: "Ən çox məlumat Sabunçu (21 ) rayonunda yerləşən məktəblərdən qeydə alınıb".
Sevinc Qarayeva