“Erkən nikaha gətirib çıxaran bir sıra məsələlər var. Ailənin maddi vəziyyəti, bölgə ənənələri və digər məsələlər buna aiddir”.
525.az xəbər verir ki, bunu Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib kİ, 2021-2022-ci tədris ilində 11 erkən nikah qeydə alınıb. Həmin nikahlardan 6-sı Qaradağ, 3-ü Xəzər, 1-i Nərimanov, 1-i isə Nəsimi rayonunda olub.
Mehriban Vəliyevanın dediyinə görə, problemin aradan qaldırılması üçün əməkdaşlığın vacibliyindən danışıb:
"İdarə olaraq bu kimi hallar aşkar olunan kimi biz dərhal həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edir, həlli üçün çalışırıq".
Sevinc Qarayeva