|
|
|
|
Türkiyənin Muğla şəhərində yaşayan rəssam Tuncay Yurtsever yüz minlərlə toplu iynə ilə fərqli tablolar hazırlayıb.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bodrumun Yalıkavak səmtində yaşayan Yurtsever: "Bu sənətin dünyada bənzəri yoxdur", - deyib. O, minlərlə toplu iynə ilə rəsm çəkməyiylə tanınır.
Təxminən 14 il əvvəl təsadüfən başladığı sənətindən uzaqlaşa bilməyən Yurtsevər ərsəyə gətirməyə başladığı işdə istifadə edəcəyi minlərlə toplu iynəni bir araya gətirərək tikmə kimi bir-bir penoforun içinə yerləşdirir. Daha sonra rəssam bu iynələri rəsmdə görünəcək rənglərə boyayır və beləliklə əsərlərini tamamlayır.
Hər birində orta hesabla 50 min toplu iynədən istifadə edərək insan, heyvan və təbiət kimi 100-ə yaxın fərqli mövzu çəkən rəssam bu əsərləri onlarla sərgidə sənətsevərlərlə bir araya gətirib.
Malik Atilay