Bursanın İnegöl rayonunda mikroavtobusla toqquşan motosikletin sürücüsü yaralanıb. Yaralı yeniyetmənin cibindən çıxardığı telefonla selfi çəkdirməsi diqqət çəkib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada ölümdən dönən motosiklet sürücüsünün yerdə uzanaraq ona kömək edən gənclə "Gəl birlikdə şəkil çəkdirək" deyərək selfi çəkdirməsi diqqət çəkib.
Yaralının səhhətinin yaxşı olduğu bildirilib. Qəza anı bir iş yerinin təhlükəsizlik kameralarına saniyəbəsaniyə əks olunub. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Malik Atilay