|
|
|
|
“Qarışqa üzü”nün yaxından çəkilmiş fotoşəkili texnologiya şirkətinin təşkil etdiyi foto müsabiqəsinə damğasını vurub.
525.az xəbər verir ki, birinci yerə layiq görülən foto sosial mediada böyük maraqla qarşılanıb.
Müsabiqəyə litvalı təbiət fotoqrafı Yevgeniyus Kavaliauskas “Qarışqa” fotosu ilə qatılıb. Mikroskopik səviyyədə çəkilmiş qarışqa üzünün həmin fotoşəkili birinci seçilib. Qorxu filmi səhnələrini xatırladan kadr sosial mediada böyük əks-səda doğurub.
Malik Atilay