|
|
|
|
Sosial şəbəkələr Rusiyadan gələn xəbərlərlə çalxalanır. Rusiya şirkəti 3.5 milyon rubl qarşılığında diri-diri basdırılacaq müştərilər axtarır.
525.az bu barədə xəbər verir ki, Rusiya şirkəti müştərilərinə 3,5 milyon rubl müqabilində öz dəfn mərasimlərində iştirak etmək və diri-diri basdırılma təcrübəsi təklif edir.
“New York Post”da çıxan xəbərə görə, şirkətin qurucusu Yakaterina Preobrazhenskaya bu xidmətin müştərilərinə qorxu və narahatlıqlarının öhdəsindən gəlməyə kömək etdiyini iddia edir.
Preobrazhenskaya Instaqram postunda şirkətin təklif etdiyi bu xidməti "Öz xoşbəxt gələcəyiniz üçün mübarizənin əsl simvolu" - deyə simvollaşdırıb.
Malik Atilay