|
|
|
|
Antalyanın Demre rayonundakı kilsədə aparılan qazıntılar zamanı Santa Klaus kimi tanınan Müqəddəs Nikolayın dəfn olunduğu yerə dair yeni tapıntılar və bununla bağlı xəbərlər dünya mətbuatında geniş yer alıb.
525.az xəbər verir ki, Demredəki "Santa Klaus" olaraq bilinən Müqəddəs Nikolay kilsəsində 1850-ci ildə ruslar tərəfindən yarımçıq buraxıldığı düşünülən qübbənin üst açılışı Antalya Mədəni İrsi Qoruma Regional İdarəsi tərəfindən inşa edilmişdir. Müəyyən edilib ki, bu, İsanın çarmıxa çəkildiyi və göyə qalxdığı Müqəddəs Qəbir kilsəsindəki memarlıqla eynidir.
Bu boşluğun şüurlu şəkildə buraxıldığını bildirən İdarə Heyətinin sədri Prof. Dr. Osman Eravşar Müqəddəs Nikolayın məzarının dəqiq yeri ilə bağlı ən mühüm kəşf və tapıntılardan birinə çatdıqlarını qeyd edib. Eravşar həmçinin İsanın freskasının aşkar edildiyini söyləyib.
Malik Atilay