Dövlət İmtahan Mərkəzi (DİM) rus bölməsi üçün “İnformatika” vəsaitini çap edib.
DİM-dən 525.az-a bildirilib ki, abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə yekunlaşdırıcı tapşırıqlar verilib. Vəsaiti “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.
Sevinc Qarayeva