İspaniyanın Baş naziri Pedro Sançes həyat yoldaşı Beqona Qomezin korrupsiyaya qarışması iddialarına görə istefa verib-verməyəcəyini düşünmək üçün 5 günlük fasilədən sonra vəzifəsində qalmağa qərar verdiyini açıqlayıb.
525.az xəbər verir ki, Sançes Baş Nazirliyin Madriddəki iqamətgahında ictimaiyyətə verdiyi açıqlamada: "Bizə təsir edən pisliklər qlobal hərəkatın bir hissəsidir. Gəlin dünyaya demokratiyanın necə müdafiə olunduğunu göstərək. Mən və həyat yoldaşım bilirik ki, bu qarayaxma kampaniyası bitməyəcək. Biz 10 ildir bunun əziyyətini çəkirik və bunun öhdəsindən gələ bilərik. Belə ki, daha da güclənərək yoluma davam edəcəm", - deyib.
Məhəmməd Tağıyev