Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində baş verən qızılca epidemiyası səbəbilə 19 uşaq həyatını itirib.
525.az xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlandığını və onlardan 19-nun öldüyünü bildirib.
Bölgəyə tibb personalı və dərmanların sürətlə göndərildiyini bildirən Tanqvami, ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyini qeyd edib.
Məhəmməd Tağıyev