Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-dən 525.az-a bildirilib ki, iclaslarda hər iki fənn üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramları müzakirə edilib.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.
Sevinc Qarayeva