|
|
|
|
Türkiyənin Burdur şəhərində yaşayan 28 yaşlı Deniz İşlak zibildən yığdığı tullantı kartonları heyvan fiqurlarına çevirir.
525.az xəbər verir ki, Burdurda mebel mağazası işlədən Deniz İşlak marketlərdən və zibil qutusundam topladığı kartonları heyvan fiquruna çevirir.
Atelyesində topladığı kartonlardan kərgədan başı və quş düzəldən İşlak maral başı üçün işlərini davam etdirir.
İşlak “Mən hobbi olaraq təkrar emal sənəti ilə maraqlanıram. Mən material almadan tamamilə tullantı materialdan düzəldirəm. Tullantıları dəyərləndirib sənətə çevirirəm” deyib.
Malik Atilay