“Sürətli və tamamilə yeni xarakterli dəyişikliklər ali təhsildən gözləntiləri də sürətlə dəyişir”.
Bu fikirləri 525.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (UNEC) professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, ali təhsildə islahatlar və onun uğuru bəzi amillərdən əhəmiyyətli dərəcədə asılıdır. Bu amillər - nə öyrədilməlidir (kurrikulum), necə öyrədilməlidir (pedagogika), nə vaxt və harada öyrədilməlidir (təhsil texnologiyaları və real dünya) və kimlər öyrədilməlidir (təhsilə cəlbolunma və əhatəlilik):
“Hesab edirəm ki, sadalanan amillərə xüsusilə diqqət edilməlidir”.
Sevinc Qarayeva