“Məlumdur ki, hazırda məktəblərimizdə 17 fənn tədris edilir. Hər hansı bir fənni tədris planından çıxarmaq, yaxud birini digərilə əvəz etmək kifayət qədər həssas mövzudur”.
525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir fənlərarası inteqrasiyanın vacibliyini vurğulayıb:
“Təhsildə kompromislərin vaxtı çatacaq, fənlərarası inteqrasiya isə vacib məsələdir. Bir fənnin proqramdan çıxarılması ilə bağlı məsələ emosional qarşılanır, müəyyən polemikaya səbəb olur. Müasir təhsil 17 fənnə ayrı-ayrı deyil, bu fənlərin birləşməsilə düzgün təhsil-təlim məqsədləri müəyyən edib, bu fənlərin vasitəsilə həmin məqsədlərə çatmağı mümkün edir. Məsələn, STEAM təhsili buna əsaslı nümunədir. Bunun üçün isə təhsil ictimaiyyətimiz məsələni qəbul etməli, mənimsəməli və tətbiq etməlidir”.
Sevinc Qarayeva