|
|
|
|
Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşü faydalı adlandırıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Putin görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib.
“Bizim ümumi fikirimizə görə bu faydalı görüş oldu. Mənim fikrimcə bu görüş gələcəkdə bir sıra prisnsipial məsələlərin həlli üçün yaxşı atmosfer yaratmış oldu. Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açıq deməliyəm ki, hər şeyi razılaşdıra bilmədik”.
Rusiya lideri Buna ümumi qiymətləndirmə ilə razı olduğunu bəyan edib və görüşün faydalı olduğunu deyib.
Onun sözlərinə görə, ümumilikdə vəziyyətin nizamlanmasına istiqamətlənən gələcək addımlar üçün şərait yaranıb.
“Ümumilikdə deyəndə indiki vəziyyəti və yaxın keçmişi, iki il bundan qabaqkı hadisələri nəzərdə tuturam. O zaman biz prinsipial məsələlərlə bağlı razılığa nail olmuşduq. Bugünkü müzakirələr də onu deyir ki, biz ölkələrimizin gələcəyi barədə razılığa gələ bilərik. Ölkələrimiz deyəndə həm Rusiyanı, həm Azərbaycanı, həm də Ermənistanı, regionun bütün ölkələrini nəzərdə tuturam. Çünki münasibətlərin normallaşmasında bu ərazilərdə yaşayan bütün xalqları maraqlıdırlar. Rusiya öz tərəfindən hər şeyi edəcək ki, yekun və hərtərəfli nizamlanmaya nail olunsun”, - deyə Putin vurğulayıb.