|
|
|
|
ABŞ-ın Çikaqo şəhərində Hellouin bayramı şənliyinə toplaşan kütləyə şübhəli avtomobildən açılan atəş nəticəsində 14 nəfər yaralanıb.
525.az xəbər verir ki, ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində atəş səsləri eşidilib. Dünən axşam saatlarında Hellouin şənliklərinə qatılan izdiham şübhəli avtomobildən təsadüfi atəşə tutulub.
Polisin hücumla bağlı verdiyi açıqlamada ikisi uşaq olmaqla 14 nəfərin yaralandığı bildirilib. Çikaqo Polis Departamentinin sözçüsü Devid Braun bəzi xəsarətlərin həyati təhlükəsi olduğunu və müalicənin davam etdiyini açıqlayıb.
Malik Atilay