Ümid Partiyasının sədri İqbal Ağazadə Ramin Hacılını özünə müavin təyin edib.
Bu barədə Lent.az-a partiyadan məlumat verilib. İ. Ağazadənin imzaladığı sərəncama əsasən, R. Hacılı partiya sədrinin beynəlxalq münasibətlər və strateji məsələlər üzrə müavini səlahiyyətlərini yerinə yetirəcək.
Qeyd edək ki, R. Hacılı 2011-ci ildən “Üçüncü GƏLƏCƏK” jurnalının (3GJ.az) təsisçisi və baş redaktorudur.
O eyni zamanda Azərbaycan Avropa Hərəkatının prezidentidir.