|
|
|
|

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS ulduzlar matçının heyətindən çıxarılıb.
525.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Həmçinin “Çikaqo”nun cənubi afrikalı müdafiəçisi Mbekezeli Mbokazi və “İnter Mayami”nin argentinalı yarımmüdafiəçisi Rodriqo de Paul da heyətdən kənarlaşdırılıb.
Hər üç futbolçu iyulun 19-da başa çatan dünya çempionatında iştirak edib. Məhz bu səbəbdən sözügedən futbolçuların heyətdən kənarlaşdırılması ehtimal edilir.
Qeyd edək ki, MLS ulduzları və Meksika liqası ulduzları iyulun 29-da ABŞ-ın Şarlott şəhərində üz-üzə gələcək.



