|
|
|
|

Fransa və İspaniya son illərin ən böyük meşə yanğını ilə mübarizə aparır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınların nəzarətə altınması çalışılsa da, güclü küləklər və yüksək temperatur alovların irəliləməsinin qarşısını almağı çətinləşdirir.
İrəliləyən alovlar səbəbindən Fransada əlavə 55 min nəfərə təxliyə əmri verilib. Beləliklə, ölkənin cənub-qərbindəki Jironde və Landes bölgələrində təxliyə edilən insanların sayı təxminən 250 minə çatıb.
İspaniyada isə meşə yanğınlarının başlamasından etibarən Madrid və Avila bölgələrindən təxliyə edilən insanların sayı 60 minə yaxınlaşır. Bundan əlavə, 28 mindən çox insana evlərindən çıxmamaq barədə xəbərdarlıq edilib.
Kastilya-La Mança muxtar bölgəsinin paytaxtı Toledo üçün də təxliyə əmri verilib.
İspaniyanın Baş naziri Pedro Sançez bildirib ki, bu il ölkədə 130 min hektar ərazi yanıb.
İbrahim Cəfərov



