https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/398505_iynksz8jz6.jpg Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub
search
27 İyul 2026
26 İyul 2026
25 İyul 2026

"Neftçi", "İnter" və "Qəbələ"nin Avroliqadakı rəqibləri müəyyənləşdi

"Neftçi", "İnter" və "Qəbələ"nin Avroliqadakı rəqibləri müəyyənləşdi

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

525.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Premyer Liqamızın  gümüş mükafatçısı “İnter” və bürünc mükafatçısı "Qəbələ”nin I təsnifat mərhələsindəki rəqibləri məlum olub. Kaxaber Sxadadzenin komandası səpələnmişlər sırasında yer alıb ki, bu da “İnter”in zəif rəqiblə qarşılaşacağına şərait yaradacaqdı. Tarixində ilk dəfə Avroliqaya vəsiqə qazanan "Qəbələ” isə səpələnməmişlər qrupunda yer alıb.

Püşkün nəticəsində əsasən "Qəbələ" birinci mərhələdə Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu, "İnter" isə Moldovanın "Tiraspol" komandası ilə qarşılaşacaq. "Qəbələ" ilk mərhələni keçəcəyi təqdirdə Çexiyanın "Mlada Boleslav", "İnter" isə İsveçin "Elfsborq" klubu ilə üz-üzə gələcək. Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq "Neftçi" klubunun ilk rəqibi "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) cütünün qalibi olacaq.
 
Qeyd edək ki, Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. İkinci təsnifat mərhələsinin oyunları 17-24 iyul tarixlərində keçiriləcək.

 


I təsnifat mərhələsi

"Tiraspol" (Moldova) - "İnter" (Azərbaycan)

"Qəbələ" (Azərbaycan) - "Şiroki Brieq" (Bosniya və Herseqovina)

 

II təsnifat mərhələsi

"Neftçi" - "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro)

"Elfsborq" (İsveç) - "Tiraspol" (Moldova) / "İnter" (Azərbaycan)

"Mlada Boleslav" (Çexiya) - "Qəbələ" (Azərbaycan) / "Şiroki Brieq" (Bosniya və Herseqovina)
 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.