"The Simpsons" filminin prodüseri elan edib ki, serial Donald Trampın 2024-cü ildə prezidentliyə namizədliyini proqnozlaşdırıb.
525.az xəbər verir ki, 2017-2021-ci illərdə ABŞ Prezidenti olmuş Tramp 2020-ci il seçkilərində Co Baydenə uduzmasına baxmayaraq, yeni kampaniyasına noyabrın 15-də başlayıb.
"Amerikanı yenidən böyük və şanlı etmək üçün mən bu axşam Birləşmiş Ştatların prezidentliyinə namizədliyimi elan edirəm", - keçmiş prezident deyib. Trampın açıqlamasından sonra "The Simpsons"ın prodüseri Al Jean pərəstişkarlarına xatırladıb ki, komediya serialı hansısa yolla hadisələrin gedişatını proqnozlaşdırıb. Jean "Twitter"də 2015-ci ildə "YouTube"da yayımlanan "Trumpstatic Journey" adlı hissədən kadr paylaşıb.
Malik Atilay