On iki dövlət orqanında mövcud olan 33 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibələr davam edir.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, elana çıxarılan vəzifələr üzrə 84 nəfər qeydiyyatdan keçib.
Bu günə olan məlumata görə, 30 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin noyabrın 25-dək keçirilməsi planlaşdırılır.
Sevinc Qarayeva