Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, fransız dili və kimya fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-in mətbuat xidmətindən 525.az-a bildirilib ki, gündəlik məsələ Azərbaycan dili və kimya fənlərindən ali təhsil müəssisələrinə qəbul imtahanı, ingilis dili və fransız dili fənlərindən isə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib və təkliflər veriblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.
Sevinc Qarayeva