“İcbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsinə ilk növbədə aidiyyəti nazirliklərdə baxılmalıdır”.
525.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, hazırda büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzərində iş aparılır, Büdcə Məcəlləsi hazırlanır:
“Büdcədənkənar fondların xərclərinin dövlət büdcəsində daha ətraflı əks etdirməsi üçün növbəti illər addımların atılması nəzərdə tutulur”.