|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti son günlər yenə də qurumun adının neqativ məcrada hallandırılması ilə bağlı etiraz ifadə olunan açıqlama yayıb.
525.az xəbər verir ki, açıqlamada bildirilir: “Azərbaycan Yazıçılarının XIIIQurultayı işgüzar şəraitdə uğurla keçirildi. Ədəbiyyatımızınhər nailiyyətini gözü götürməyənlər, Yazıçılar Birliyinə qənim kəsilmiş tək-tüklər yenə də bulanıq suda balıq tutmağa cəhd edirlər. Ayrı irad tapmayanda şəkillərə ilişirlər.Qurultayımızın Rəyasət Heyətində Nizamnaməmizə uyğun olaraq, Xalq yazıçıları, Xalq şairləri, akademiklər, AYB rəhbərlərioturmuşdular. Bu şəkilə etiraz edirlər. Bəs bunlar deyil, kim oturmalıydı? Əvvəllər yalnız müəyyən saytlarda və bəzi qəzetlərdəYazıçılar Birliynə hücumlar edilirdirsə, indi bu «mübarək» işə bəzi TV kanalları da qoşulub. Yaşlı bir yazıçının məişət problemlərindən gileyini qəsdən şişirdərək, Yazıçılar Birliyinə qarşı yeni təxribata əl atırlar. “Yazıçılar Birliyiniyəhəmin yazıçıya qayğı göstərmir” – deyə məsələni şişirdirlər, olayı TV kanalına çıxararaq, Birliyimizə qarşı məhkəmə qururlar. Bu şouda “Azərbaycanda yazıçı yoxdur”, “Mənim xalqım azərbaycanlılar deyil, min nəfərdi” sözləri səsləndi.Əvvəla onu anlamaq istəmirlər ki, Yazıçılar Birliyi yaradıcı təşkilatdır, İctimai təminat nazirliyi deyil, üzvləri olan 2300yazıçının məişət məsələləriylə, maddi durumuyla, sağlamlıq problemləriylə məşğul olmaq öhdəliyimiz yoxdur. Bunun müqabilində «bəs onda bu Birliknəyə lazımdır» sualını verənlər, görünür, yaradıcılıq problemlərinin nə demək olduğunu bilmirlər. Yaradıcılıq məsələləri ədəbi əsərlərin müzakirəsi, yeni kitabların təqdimatı, ədəbi tədbirlər,yazıçı yubileylərinin keçirilməsi, xarici ölkələrlə ədəbi əlaqələrin qurulması, layiqli əsərlərin mükafatlandırılması, istedadlı gənclərin yetişdirilməsi və istiqamətləndirilməsi, ölkənin mühüm ictimai-siyasi prosseslərində mötəbər yazıçı sözünün səslənməsidir. Bütün bu vəzifələrin icrasına meydan verən ədəbi orqanlarımızın qorunub saxlanmasıdır.
Doğrudur, bundan başqa ən müxtəlif məişət, maddi durum, sağlamlıq, mənzil problemləriyləbağlı bizə müraciət edən üzvlərimizədə imkan daxilində yardım etməyə çalışırıq. BinamızınBirinci mərtəbəsinin icarəyə verilməsi məhz buməqsədlədir vəbuna görə də başımız az çəkməyib. Bizə son iradlar onunla bağlıdır ki, ehtiyacı olan yaşlı yazıçı Əlisa Nicatıtəqaüdçülər siyahısınasalmamışıq, amma onun özünündə etiraf etdiyi kimi, heç vaxt bu məsələylə bağlı bizə müraciət etməyib. Hər il 50yazıçıya Prezident təqaüdü veririk. Hər il ən azı bu təqaüdə200 iddiaçı ərizə verir. İndi özünüz insafla deyin, təqaüd üçün müraciətetməyən yazıçıya təqaüd versək müraciətedib almayanlara necə cavab verə bilərik?
Müxtəlif səbəblərdən YazıçılarBirliyindənnarazı qalan kəsi dərhaldahi adlandırmaq da artıq dəb olub. Əgərbir-iki şeir ya mahnı yazmış, yaxud ifa etmiş adamların TVkanallarında dahi kimi təqdim edilməsini nəzərə alsaq, heç vaxt Azərbaycanda bu qədər dahi olmayıb.Hələ özləri özlərini dahi və istedadlı adladıranları demirik.
Dahi Nizamidir, Füzulidir, Şekspirdir. Televiziya aparıcısı xanım qız bu sözü hər bir çağdaş yazıçıya aid edirsə, deməli, bu sözün mənasını bilmir. Ümumiyyətlə,bəzi TV aparıcılarında və şoumenlərində Yazıçılar Birliyinəsəbəbsiz qəzəb onların ədəbi biliklərindən qat-qat üstündür. TV kanallarından biri təşkilatımıza qərəzli münasibəti açıq bildirməmək, gözdən pərdə asmaq üçün Yazıçılar Birliyinin bir təmsilçisini dəvət edərkənBirliyin fəaliyyətindən bixəbər ola-ola onaqarşı çıxış edənlərə meydan verir vətəsadüfi adamlardan eləbir auditoriya yığır ki, «Yazıçılar Birliyi lazım deyil» deyəndə gurultulu alqışlar qopsun. Yaxşı, dağıdın, yox edin yazıçılar ocağını, binasını market, otel, hamam edin ya bir oliqarxınigamətgahına çevirin, qəzetimizi, jurnallarımızı bağlayın, burdan evinə çörək aparan yüzlərləinsanı işsiz qoyub dincəlin! Xoşbəxtlikdən buna dişiniz batmaz.
Hər bir ədəbiyyatın magistral yolu doğma dildə yaranan söz sənətidir. Bu aksiomadır. Amma bununla belə müxtəlif tarixi və ictimai səbəblərdən doğma dilində deyil, başqa dildə yazanları milli ədəbiyyatdan silmək olarmı? Nizaminin, Xaqaninin farsca yazdığını bilməyən ya unudan birisi Çingiz Abdullayevirus dilində yazdığına görə Azərbaycan yazıçısı saymırsa, təssəvür etmək olarmı ki, hansısa bir qazax ya qırğız şoumeni Çingiz Aytmatovu ya Oljas Süleymenovu rus dilində yazdıqları üçün milli yazıçı saymasın?!
Şoumen soruşur ki, Anar müəllim son otuz ildə nə yazıb?Bu suala cavab vermək üçünonu Yazıçılar Birliyinə dəvət edirik ki, Anarmüəllimin son otuz ildə yazdığı kitabları ona təqdim edək.Amma hörmətli şoumen özüylə bir hambal də gətirsin.İyirmi qalın kitabı təkbaşına daşımaq onaçətin olar.
88 yaşlı Azərbaycan YazıçılarBirliyi Xalqvə Dövləttərəfindəndəstəklənərəkfərəhli və şərəfli ömrünü davam edir.Heç bir təxribat, dedi-qodu, yalan və böhtanAzərbaycan Yazıçılar BirliyiniHaqq yolundan, həqiqi ədəbiyyat yolundan, milli maraqlarımıza xidmət yolundan sapdıra bilməz”.