
Dekabrın 28-də Latviyanın Azərbaycandakı müvəqqəti işlərvəkili Viya Buşa Milli Kitabxanada olub.
525.az xəbər verir ki, hər il Latviya Səfirliyinin nümayəndələri Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərən Beynəlxalq əməkdaşlıq zalında Latviyaya aid guşəni ziyarət edərəkora kitablar hədiyyə edirlər və bu artıq ənənə halını alıb. Bu ildə kitabxananın qonağı olan Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Viya Buşa bu ənənəni davam etdirərək Milli Kitabxanaya Latviya Respublikasının ədəbiyyatını, tarixini, mədəniyyətinivə s. əks etdirən kitablar hədiyyə edib. Xanım Viya Buşa Milli Kitabxananın direktoru, professor Kərim Tahirova Zinātniskie raksti.5 (XV),Zinātniskie raksti.7 (XXVII), Zinātniskie raksti.8 (XXVIII),Grāmata Latvijai ārpus Latvijas: Kolektīvā monogrāfija, Latvijas teritorija agrīni modernā laikmeta politiskajā dimensijā 16.-18. Gadsimtā və s. kitabları hədiyyə edib.
Kitabxananın direktoru professorKərim Tahirov da öz növbəsində qonağaazərbaycan və ingilis dillərində nəşr olunan“Daş keşikçiləri”, “Qədim qalanın yuxuları” və “Karabakh by the roads of victory” adlı kitabları hədiyyə edib.
Söhbət zamanı Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlərvəkiliViya Buşa ötən əsrin əvvəllərində Azərbaycanda təsis olunanvə latış dilində tədris verən məktəb və onun fəaliyyəti barədə söhbət açmış və məktəb barədə lazımı məlumatların toplanmasını və Milli Kitabxana ilə birgə sərgi hazırlanmasını təklif etmişdir. Kitabxananın direktoru məmnuniyyətlə belə bir layihənin 2023-ci ildə reallaşmasına hərtərəfli dəstək verəcəklərini bildirmişdir.



